Ədədi 17-yə böldükdə natamam qismətdə 3, qalıqda isə 16 alınır.
Bu ədədi tapın.
Ədədi 19-a böldükdə natamam qismətdə 3, qalıqda isə 14 alınır.
Bu ədədi tapın.
Ədədlərdən hansı 18-ə bölünür?
Ədədlərdən hansı 15-ə bölünür?
Ədədi 8-ə böldükdə qalıq hansı ədəd ola bilməz?
$n=1\cdot 2\cdot 3\cdot 4\cdot 5\cdot 6\cdot 7\cdot 8\cdot 9\cdot 10+8$ ədədinin 15-ə bölünməsindən alınan qalığı tapın.
$n=1\cdot 2\cdot 3\cdot 4\cdot 5\cdot 6\cdot 7\cdot 8\cdot 9\cdot 10+14$ ədədinin 18-ə bölünməsindən alınan qalığı tapın.
$\overline{4a5b7}$ ədədi 3-ə tam bölünür. $a+b$ cəmi hansı ədəd ola bilməz?
$\overline{2a3b8}$ ədədi 3-ə tam bölünür. $a+b$ cəmi hansı ədəd ola bilməz?
Ədədlərdən 2-yə və 5-ə bölünəni göstərin.
Ədədlərdən 2-yə və 3-ə bölünəni göstərin.
$x$-in yerinə hansı rəqəmi yazdıqda $\overline{53x86x3}$ ədədi 9-a tam bölünür?
$a$ ədədini 10-a böldükdə natamam qismətdə $c$, qalıqda 8 alınır. $a$ ədədinin 5-ə bölünməsindən alınan natamam qisməti tapın.
$a$ ədədini 8-ə böldükdə qalıqda 7 alınır. $2a+1$ ədədini 8-ə böldükdə alınan qalığı tapın.
Natural ədədi 21-ə böldükdə qalıqda 16 alınır.
Bu ədədi 7-yə böldükdə alınan qalığı tapın.
Natural ədədi 12-yə böldükdə qalıqda 10 alınır.
Bu ədədi 6-ya böldükdə alınan qalığı tapın.
Altırəqəmli $\overline{73216a}$ ədədinin 6-ya bölünməsi üçün $a$-nın mümkün qiymətlərinin cəmini tapın.
$n$-in hansı qiymətlərində beşrəqəmli $\overline{712n4}$ ədədi 3-ə bölünür?
$147776\cdot 147773$ hasilinin 7-yə bölünməsindən alınan qalığı tapın.
$328885\cdot 328882$ hasilinin 8-ə bölünməsindən alınan qalığı tapın.
$\overline{7x23y}$ beşrəqəmli ədədini 5-ə böldükdə qalıqda 4 alınır.
Həmin ədədin 18-ə tam bölündüyünü bilərək $x\cdot y$ hasilini tapın.
$\overline{45x8y}$ beşrəqəmli ədədini 5-ə böldükdə qalıqda 3 alınır.
Həmin ədədin 18-ə tam bölündüyünü bilərək $x\cdot y$ hasilini tapın.
3-ə qalıqsız bölünən natural ədədləri 12-yə böldükdə alına bilən müxtəlif qalıqların cəmini tapın.
7-yə qalıqsız bölünən natural ədədləri 28-ə böldükdə alına bilən müxtəlif qalıqların cəmini tapın.
$\overline{ab}$ ədədinin $\overline{ba}$ ədədinə bölünməsindən alınan natamam qismət vahidə, qalıq isə 36-ya bərabər olarsa, $a$-nın ala biləcəyi qiymətlərin cəmini tapın.
Həm 2-yə, həm də 7-yə bölünən neçə ikirəqəmli ədəd var?
Həm 3-ə, həm də 7-yə bölünən neçə ikirəqəmli ədəd var?
$a=(7219\cdot 35274)^2+3$ ədədinin 4-ə bölünməsindən alınan qalığı tapın.
$a=(7506\cdot 16551)^2+4$ ədədinin 25-ə bölünməsindən alınan qalığı tapın.
$\overline{ab}$ ədədini 9-a böldükdə qalıqda 5 alınır. $\overline{abc}$ ədədi 9-a tam bölünürsə, $c$-ni tapın.
$\overline{ab}$ ədədini 9-a böldükdə qalıqda 3 alınır. $\overline{abc}$ ədədi 9-a tam bölünürsə, $c$-ni tapın.
$x:y=8$ (qalıq 3) və $y:z=5$ (qalıq 6) olarsa, $x$ ədədinin son rəqəmini tapın.
$m$ ədədini 7-yə böldükdə qalıqda 6 alınır. $m^2+3m+7$ ədədini 7-yə böldükdə qalıqda neçə alınar?
$m$ ədədini 5-ə böldükdə qalıqda 3 alınır. $m^2+6m+5$ ədədini 5-ə böldükdə qalıqda neçə alınar?
$n$ ədədini $m^3$ ədədinə böldükdə ($n\in N$, $m\in N$) natamam qismətdə 2, qalıqda 31 alınırsa, $n$-nin ən kiçik qiymətinin rəqəmləri cəmini tapın.
Ətraflı yazılı cavab tələb olunan tapşırıq.
$\overline{402ab}$ və $\overline{75cd}$ ədədlərini 4-ə böldükdə qalıqda 3 alınır. $\dfrac{a+b}{c+d}$ ifadəsinin ən böyük qiymətini tapın.
Ətraflı yazılı cavab tələb olunan tapşırıq.
$\overline{58ab}$ və $\overline{238cd}$ ədədlərini 4-ə böldükdə qalıqda 2 alınır. $\dfrac{a+b}{c+d}$ ifadəsinin ən böyük qiymətini tapın.