Riyaziyyat · Riyaziyyat Abituriyent DİM toplu 1-ci hissə

Natural ədədlər. Natural ədədlərin onluq say sistemində yazılışı (36 sual)

36 sual. Düzgün cavablar və izahlar qoşulandan sonra kabinetdə açılır.

1

Təkliflərdən hansı doğru deyil?

  1. A) iki cüt ədədin hasili cüt ədəddir
  2. B) iki tək ədədin hasili tək ədəddir
  3. C) tək ədədlə cüt ədədin hasili tək ədəddir
  4. D) iki sadə ədədin hasili mürəkkəb ədəddir
  5. E) sadə ədədlə mürəkkəb ədədin hasili mürəkkəb ədəddir
2

Təkliflərdən hansı həmişə doğru deyil?

  1. A) hər biri 5-ə bölünən natural ədədlərin cəmi də 5-ə bölünür
  2. B) cüt ədədlərin cəmi cüt ədəddir
  3. C) natural ədədlərin nisbəti natural ədəddir
  4. D) tək ədədlərin hasili tək ədəddir
  5. E) iki tək ədədin cəmi cüt ədəddir
3

$m$ və $n$ tək ədədlər olarsa, ifadələrdən hansının qiyməti cüt ədəd olar?

  1. A) $2n^2+m$
  2. B) $m\cdot n$
  3. C) $m+n$
  4. D) $n+2m$
  5. E) $3n+2m$
4

İfadələrdən hansının qiyməti $n$-in bütün natural qiymətlərində tək ədəddir?

  1. A) $n^2+1$
  2. B) $2n^2+3$
  3. C) $n^2-1$
  4. D) $2n^2$
  5. E) $2n^2+2$
5

24-dən böyük olmayan ikirəqəmli ədədlər içərisində 24-lə qarşılıqlı sadə olan neçə natural ədəd var?

  1. A) 8
  2. B) 11
  3. C) 9
  4. D) 10
  5. E) 5
6

$\overline{xz}\cdot\overline{4yz}=7344$ bərabərliyindən $x+y+z$ cəmini tapın.

  1. A) 8
  2. B) 9
  3. C) 7
  4. D) 6
  5. E) 5
7

$(7a-3)^2$ ifadəsinin qiyməti tək ədəddir ($a\in N$).

İfadələrdən hansının qiyməti cüt ədəddir?

  1. A) $a^2-1$
  2. B) $5a+2$
  3. C) $a^2+a+1$
  4. D) $a^3+1$
  5. E) $4a-3$
8

$(3x-1)^2$ ifadəsinin qiyməti cüt ədəddir ($x\in N$).

İfadələrdən hansının qiyməti cüt ədəddir?

  1. A) $6x+5$
  2. B) $9x^2-2x$
  3. C) $5x-2x^2$
  4. D) $7x^2+5x$
  5. E) $x^2-3x+1$
9

$x$ cüt, $y$ tək ədəd olduqda, ifadələrdən hansının qiyməti tək ədəddir?

  1. A) $(x+y)^2+3$
  2. B) $3x+2y^2$
  3. C) $x+y+1$
  4. D) $x^2+3y$
  5. E) $(x+2y)^2$
10

$x$ cüt, $y$ tək ədəd olduqda, ifadələrdən hansının qiyməti cüt ədəddir?

  1. A) $3(x+y)$
  2. B) $2x+3y^2$
  3. C) $(x+y)^2$
  4. D) $(x-y)^2$
  5. E) $5x^2+2y^2$
11

$x$ və $y$ cüt ədədlər olduqda, ifadələrdən hansının qiyməti tək ədəd ola bilər?

  1. A) $x+3y$
  2. B) $\frac{x^2+y^2}{2}$
  3. C) $\frac{x^3+y^3}{4}$
  4. D) $\frac{x+y}{2}$
  5. E) $5xy$
12

$\overline{ab7}-\overline{ab}=133$ olarsa, $a+b$ cəmini tapın.

  1. A) 8
  2. B) 6
  3. C) 4
  4. D) 7
  5. E) 5
13

$\overline{ab8}-\overline{ab}=179$ olarsa, $a+b$ cəmini tapın.

  1. A) 9
  2. B) 10
  3. C) 11
  4. D) 8
  5. E) 12
14

$\overline{ab}+\overline{ba}=66(a-b)$ şərtini ödəyən ikirəqəmli $\overline{ab}$ ədədini tapın.

15

Üçrəqəmli $\overline{abc}$ və $\overline{bac}$ ədədləri üçün $\overline{abc}-\overline{bac}=360$ olarsa, $a+b$ cəminin ən kiçik qiymətini tapın.

16

İkirəqəmli $\overline{ab}$ ədədi üçün $\overline{ab}=2a+4b$ olarsa, $a+b$ cəmini tapın.

17

İkirəqəmli $\overline{ab}$ ədədi üçün $\overline{ab}=3a+4b$ olarsa, $b-a$ fərqini tapın.

18

$\overline{aaa8ab}$ ədədi 30-a tam bölünürsə, $a$-nın mümkün qiymətlərinin cəmini tapın.

19

$\overline{xy06}:\overline{xy}$ bölmə əməlində natamam qismət $a$ və qalıq $b$ olarsa, $ab$ hasilini tapın.

20

$\overline{xy04}:\overline{xy}$ bölmə əməlində natamam qismət $a$ və qalıq $b$ olarsa, $ab$ hasilini tapın.

21

$\overline{ab}=2a+5b$ olarsa, $\overline{ab}$ ədədinin ən böyük qiyməti ilə ən kiçik qiymətinin fərqini tapın.

22

5940 ədədi beşrəqəmli $\overline{abcde}$ və $\overline{adcbe}$ ($b>d$) ədədlərinin fərqinə tam bölünürsə, $(b-d)$ fərqinin ala biləcəyi qiymətlərin cəmini tapın.

23

7920 ədədi beşrəqəmli $\overline{abcde}$ və $\overline{adcbe}$ ($b>d$) ədədlərinin fərqinə tam bölünürsə, $(b-d)$ fərqinin ala biləcəyi qiymətlərin cəmini tapın.

24

$9n^3=\overline{m087}$ bərabərliyindən $mn$ hasilini tapın ($n\in N$).

25

$7n+7$ və $8n+2$ ardıcıl cüt ədədlər olarsa, $n$-in ala biləcəyi qiymətlərin hasilini tapın.

26

$4n+10$ və $5n+7$ ardıcıl cüt ədədlər olarsa, $n$-in ala biləcəyi qiymətlərin cəmini tapın.

27

İkirəqəmli ədədin təkliklərinin sayı onluqlarının sayından 2 vahid böyükdür.

Bu ikirəqəmli ədədin rəqəmləri cəminə hasili 144 olarsa, bu ədədi tapın.

28

İkirəqəmli ədədin təkliklərinin sayı onluqlarının sayından 3 dəfə çoxdur.

Bu ikirəqəmli ədədin rəqəmləri fərqinə hasili 234 olarsa, bu ədədi tapın.

29

$\overline{ab}$ ikirəqəmli ədədi üçün $\frac{\overline{ab}-\overline{ba}}{a+b}=7$ olarsa, $a\cdot b$ hasilini tapın.

30

$\overline{ab}$ ikirəqəmli ədədi üçün $\frac{\overline{ab}-\overline{ba}}{a+b}=6$ olarsa, $a\cdot b$ hasilini tapın.

31

$\overline{xy}$ və $\overline{yx}$ natural ədədləri üçün $\frac{\overline{xy}-y}{\overline{yx}-x}=2$ olarsa, $x+y$ cəminin ən böyük qiymətini tapın.

32

$\overline{xy}$ və $\overline{yx}$ natural ədədləri üçün $\frac{\overline{xy}-y}{\overline{yx}-x}=4$ olarsa, $x+y$ cəminin ən böyük qiymətini tapın.

33

İfadələrin qiymətləri üçün uyğunluğu müəyyən edin.

  1. 1. $\overline{ab}+\overline{ba}$
  2. 2. $\overline{ab}-\overline{ba}$
  3. 3. $\overline{aaa}+\overline{bbb}$
  1. A. 9-a bölünür
  2. B. 37-yə bölünür
  3. C. 11-ə bölünür
  4. D. 100-ə bölünür
  5. E. 111-ə bölünür
34

İfadələrin qiymətləri üçün uyğunluğu müəyyən edin.

  1. 1. $\overline{aa}-\overline{bb}$
  2. 2. $\overline{abc}-\overline{bac}$
  3. 3. $\overline{aaa}-\overline{bbb}$
  1. A. 10-a bölünür
  2. B. 11-ə bölünür
  3. C. 9-a bölünür
  4. D. 111-ə bölünür
  5. E. 99-a bölünür
35

Ətraflı yazılı cavab tələb olunan tapşırıq.

$\overline{ab}+\overline{ca}+\overline{bc}=88$ və $a\ne b\ne c$ olarsa, $\overline{abc}$ ədədinin ala biləcəyi ən böyük qiyməti ilə ən kiçik qiymətinin cəmini tapın.

36

Ətraflı yazılı cavab tələb olunan tapşırıq.

$\overline{ac}+\overline{bb}+\overline{ca}=77$ və $a\ne b\ne c$ olarsa, $\overline{abc}$ ədədinin ala biləcəyi ən böyük qiyməti ilə ən kiçik qiymətinin cəmini tapın.

Cavablarınızı yoxlamaq, izahları görmək və bütün sınaqları həll etmək üçün Rahim müəllimin dərslərinə qoşulun.