A və B şəhərlərindən eyni zamanda qarşı-qarşıya iki motosikletçi yola düşdü və 4 saatdan sonra görüşdü. Birinin sürəti 42 km/saat, digərinin sürəti 45 km/saat olarsa, şəhərlər arasındakı məsafəni tapın.
Aralarındakı məsafə 800 km olan iki şəhərdən qarşı-qarşıya iki avtobus yola düşdü və 5 saatdan sonra görüşdü. Birinci avtobusun sürəti 75 km/saat olarsa, ikinci avtobusun sürətini tapın.
Aralarındakı məsafə 506 km olan iki limandan qarşı-qarşıya iki gəmi yola düşdü. 5 saatdan sonra gəmilər arasında qalan məsafə 71 km oldu. Gəmilərin birinin sürəti 42 km/saat olduqda, o biri gəminin sürətini tapın.
Eyni zamanda qarşı-qarşıya hərəkət edən avtobuslardan birinin sürəti 70 km/saat-dır. 3 saatdan sonra avtobuslar arasında qalan məsafə 36 km oldu. Şəhərlər arasındakı məsafə 486 km olarsa, o biri avtobusun sürətini tapın.
Aralarındakı məsafə 390 km olan iki şəhərdən qarşı-qarşıya minik və yük avtomobili yola düşdü. Minik avtomobilinin sürəti 92 km/saat, yük avtomobilinin sürəti isə 74 km/saat idi. Neçə saatdan sonra avtomobillər arasında qalan məsafə 58 km olar?
Aralarındakı məsafə 532 km olan iki şəhərdən qarşı-qarşıya iki qatar yola düşdü. Qatarlardan biri 63 km/saat sürətlə hərəkət edərək görüşənə qədər 252 km getdi. İkinci qatarın sürətini tapın.
İki avtobus eyni zamanda iki şəhərdən qarşı-qarşıya hərəkətə başladı. Birinci avtobusun sürəti 65 km/saat, ikincinin sürəti isə 70 km/saat idi. Görüşənə qədər ikinci avtobus 350 km yol getdi. Görüşənə qədər birinci avtobusun neçə kilometr yol getdiyini tapın.
Aralarındakı məsafə 850 km olan iki şəhərdən eyni vaxtda qarşı-qarşıya iki qatar yola düşdü. Qatarların birinin sürəti 60 km/saat, o birinin sürəti isə 64 km/saat idi. 6 saatdan sonra qatarlar arasındakı məsafə neçə kilometr olacaqdır?
Aralarındakı məsafə 880 km olan iki stansiyadan eyni zamanda qarşı-qarşıya iki qatar yola düşdü. Birinci qatarın sürəti 75 km/saat, ikinci qatarın sürəti isə bundan 10 km/saat çoxdur. 4 saatdan sonra qatarlar arasında qalan məsafə nə qədər olacaqdır?
Aralarındakı məsafə 800 km olan iki şəhərdən qarşı-qarşıya iki avtobus yola düşdü və 5 saatdan sonra görüşdü. Avtobusların cəm sürətini tapın.