Sürəti 75 km/saat olan avtobusun 6 saata getdiyi yolu minik maşını 5 saata gedir. Minik maşınının sürətini tapın.
Sürəti 75 km/saat olan avtobusun 6 saata getdiyi yolu tapın.
Avtobus 3 saata 225 km yol getdi. Avtobusun sürətini tapın.
Avtobus 3 saata 225 km yol getdi. Avtobus həmin sürətlə 8 saata neçə kilometr yol gedər?
Velosipedçi 2 saata 22 km yol getdi. Velosipedçinin sürətini tapın.
Velosipedçi 2 saata 22 km yol getdi. Sürəti velosipedçinin sürətindən 9 dəfə böyük olan avtomobilin sürətini tapın.
Velosipedçi 2 saata 22 km yol getdi. Sürəti velosipedçinin sürətindən 9 dəfə böyük olan avtomobil 5 saata neçə kilometr yol gedər?
Avtomobil saatda 90 km sürətlə 4 saat yol getdi. Getdiyi yolu tapın.
Avtomobil saatda 90 km olmaqla 4 saata getdiyi yolu geriyə qayıdarkən 3 saata qət edir. Avtomobil geri qayıdarkən sürətini saatda neçə kilometr artırmışdır?
Motosikletçi kənddən şəhərə 48 km/saat sürətlə 5 saata getdi. O, geri qayıdarkən sürətini 12 km/saat artırdı. Motosikletçi şəhərdən kəndə neçə saata qayıtdı?
Motosikletçi 5 saata 225 km yol getdi. Sürəti motosikletçinin sürətindən 3 dəfə kiçik olan velosipedçi 2 saata nə qədər yol gedər?
Sürəti 80 km/saat olan avtomobil iki şəhər arasındakı yolu 6 saata getdi. Bu yolun yarısını sürəti 60 km/saat olan yük maşını neçə saata gedər?
Avtomobil torpaq yolla 60 km/saat sürətlə 2 saat, asfalt yolla isə 90 km/saat sürətlə gedir. Avtomobil 6 saat yolda olmuşsa, gedilən yolun uzunluğunu tapın.
Avtomobil 5 saata 450 km yol getdi. Velosipedçinin sürəti avtomobilin sürətindən 75 km/saat azdır. Avtomobilin sürəti velosipedçinin sürətindən neçə dəfə çoxdur?
Eyni sürətlə hərəkət edən iki qatardan biri 7 saat, o biri isə 4 saat yolda olmuşdur. İkinci qatar birincidən 222 km az yol getmişsə, qatarların sürətini tapın.
Bir təyyarə 3 saat, o biri təyyarə isə 6 saat uçuşda olmuşdur. İkinci təyyarə birincidən 2520 km çox uçmuşdur. Təyyarələr eyni sürətlə uçmuş olsalar, ikinci təyyarə neçə kilometr uçmuşdur?
Avtomobil 5 saata 495 km yol getdi. Avtomobilin sürəti 8 km/saat artırılarsa, 4 saata nə qədər yol gedər?
Avtobus 3 saata 225 km yol getdi. Motosikletçinin sürəti avtobusun sürətindən 30 km/saat çoxdursa, motosikletçinin sürətini tapın.
Motosikletçi kənddən şəhərə 48 km/saat sürətlə 5 saata getdi. Kənddən şəhərə qədər olan məsafəni tapın.
Turist birinci gün 25 km, ikinci gün 20 km yol getdi. Onlar bütün yola 9 saat vaxt sərf etdilər. Turist eyni sürətlə hərəkət etmişsə, sürətini tapın.