Riyaziyyat · Riyaziyyat 4-ci sinif

Yüzminliklər (100 000)

Yüzminliklər — 100 000

Onminliklərdən sonra növbəti mərtəbə yüzminlikdir. 100 000 = 100 min — altırəqəmli ədəd.

Mərtəbələr sırası:

  1. Birlik
  2. Onluq
  3. Yüzlük
  4. Minlik
  5. Onminlik
  6. Yüzminlik

Nümunə: 245 671 = 2 yüzminlik + 4 onminlik + 5 minlik + 6 yüzlük + 7 onluq + 1 birlik.

Yəni 245 671 = 200 000 + 40 000 + 5 000 + 600 + 70 + 1.

Oxunuşu: «İki yüz qırx beş min altı yüz yetmiş bir».

Sinif anlayışı: Böyük ədədlərin oxunuşu asan olsun deyə mərtəbələr siniflərə ayrılır:

  • Birliklər sinfi: birlik, onluq, yüzlük (ilk 3 rəqəm).
  • Minliklər sinfi: minlik, onminlik, yüzminlik (növbəti 3 rəqəm).

Bütün nəzəriyyələri, sınaqları və dərs cədvəlini görmək üçün Rahim müəllimin dərslərinə qoşulun.