Qalıqlı bölmə
Bəzən bölmə tam getmir və qalıq yaranır.
Nümunə: 17 : 5 = 3 (qalıq 2), çünki 5 × 3 = 15 və 17 − 15 = 2.
Yazılış forması: Bölünən = Bölən × Qismət + Qalıq.
17 = 5 × 3 + 2.
Qalıq həmişə bölənden kiçikdir: q < b.
Nümunələr:
- 23 : 4 = 5 (qalıq 3), çünki 4 × 5 + 3 = 23.
- 50 : 7 = 7 (qalıq 1), çünki 7 × 7 + 1 = 50.