Natural ədədlər
Sayma nəticəsində alınan ədədlərə natural ədədlər deyilir.
Natural ədədlər çoxluğu N hərfi ilə işarə edilir.
$$N = \{1,\ 2,\ 3,\ \ldots,\ n,\ \ldots\}$$
Natural ədədlər tək və ya cüt olur
- Tək ədədlər: $\{1,\ 3,\ 5,\ \ldots,\ 2n-1,\ \ldots\}$, $(n\in N)$
- Cüt ədədlər: $\{2,\ 4,\ 6,\ \ldots,\ 2n,\ \ldots\}$, $(n\in N)$
Tək və ya cüt ədədlər üzərində əməllər
- Tək $\pm$ tək: $T\pm T=C$
- Cüt $\pm$ cüt: $C\pm C=C$
- Tək $\pm$ cüt: $T\pm C=T$
- Tək $\cdot$ cüt: $T\cdot C=C$
- Tək $\cdot$ tək: $T\cdot T=T$
- Cüt $\cdot$ cüt: $C\cdot C=C$
- Tək ədədin qüvvəti: $T^{n}=T$, $(n\in N)$
- Cüt ədədin qüvvəti: $C^{n}=C$, $(n\in N)$
$T$ — tək ədəd, $C$ — cüt ədəd.
Rəqəmlər və onluq say sistemi
Ədədləri yazmaq üçün istifadə olunan işarələrə rəqəmlər deyilir: 0, 1, 2, 3, ..., 9.
Natural ədədlərin onluq say sistemində yazılışı aşağıdakı kimidir.
Misal: $5308174 = 5\cdot 10^{6}+3\cdot 10^{5}+0\cdot 10^{4}+8\cdot 10^{3}+1\cdot 10^{2}+7\cdot 10+4$.
$$\overline{a_0a_1\ldots a_n} = a_0\cdot 10^{n} + a_1\cdot 10^{n-1} + \ldots + a_{n-1}\cdot 10 + a_n$$
Məsələn, $\overline{ab}=10a+b$, $\overline{abc}=100a+10b+c$, $\overline{ab7}=10\cdot\overline{ab}+7$.